"Peşəyönümlü Təhsilin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, mədəniyyət işçisi İradə Əlilinin 2018-ci ildə nəşrə getdiyi "Xocalı: Şahidlər danışır" kitabı Niderland və Fin dillərinə tərcümə olunmuşdur. Xocalı soyqırımı şahidlərindən və erməni əsirliyində amansız işgəncələr görmüş Xocalı sakinlərindən alınan müsahibələr əsasında ərsəyə gələn kitab Xocalı soyqırımının 30-cı ildönümü ərəfəsində Niderlandda yaşayan, Niderlandda Azərbaycan Diasporasının fəal üzvü İlkanə Yusifova tərəfindən Niderland dilinə, Avropa Azərbaycanlıları konqresinin baş katibi Arzu Oktay tərəfindən isə Fin dilinə tərcümə etmişdir. Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi kitabın işıq üzü görməsində maddi dəstək olmuşdur.